Modern.az

Partiya sədri qocalarla görüşüb - FOTO

Partiya sədri qocalarla görüşüb - FOTO

23 Yanvar 2012, 13:25

 Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev partiyanın qərargahında Yasamal rayonunun nüfuzlu ağsaqqalları ilə görüş keçirib. Səmimi atmosferdə keçən görüşdə müxtəlif vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

VIP mətbuat xidmətindən Modern.az-a bildirlib ki, ölkədə və regionda müşahidə olunan dinamik proseslərin ətraflı təhlil edən Ə.Əliyev Azərbaycanda baş verə biləcək mümkün köklü dəyişikliklərin nüvəsində ümumxalq iradəsinin dayanmalı olduğunu, o  səbəbdən də, cəmiyyətin bütün təbəqələrinin bü və ya başqa formada fəallaşdırılmasının zəruriliyini önə çəkib.

Ə.Əliyev daha sonra sədri olduğu VİP-in Qarabağ münaqişəsinin həlli, təhsil, milli-dini-mənəvi məsələlər və iqtisdiyyatla bağlı yanaşmaları barəsində qonaqlara ətraflı məlumat verib.

VİP sədri dünyada sürətlənən qloballaşma prosesi fonunda Azərbaycan xalqının milli-dini dəyərlərinin mühafizəsinə xüsusilə ciddi diqqət yetirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Ə.Əliyev son vaxtlarda dindar vətəndaşların sərbəst ibadət etmələrinə  yaradılan süni maneələrin yolverilməz olduğunu deyərək, VİP-in ölkə ərazisində bir neçə məscidin, o cümlədən Yasamal rayonunda fəaliyyət göstərmiş “Hüseyniyyə” məscidinin bağlanmasını pisləyib.

Görüşdə bu ilin may ayında təşkil olunacaq “Eurovision” mahnı müsabiqəsinin gedişi zamanı Bakıda gey-paradın keçirilməsi ehtimalına da toxunulub. Belə aksiyaların Azərbaycan milli əxlaqına qətiyyən uyğun gəlmədiyi qeyd olunub və ölkə hakimiyyətindən buna imkan verilməməsi tələb edilib. Ə.Əliyev və görüş iştirakçıları bu məsələ ilə əlaqədar VİP-in və Yasamal ağsaqqallarının birgə bəyanat verməsini məqsədəuyğun sayıblar.                

Yekunda çıxış edən Yasamal ağsaqqalları görüşün təşkili və ətraflı söhbət üçün təşəkkür edərək, belə təmasların davamlı olmasının vacibliyini bildiriblər.    


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər