Modern.az

Azərbaycan və Rusiya prezidentləri Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya prezidentləri Qafqazdakı vəziyyəti müzakirə ediblər

23 Yanvar 2012, 13:32

İlham Əliyev: “Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır”

Soçidə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevlə görüşdə ikitərəfli əməkdaşlıq, eləcə də Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər. 

Modern.az saytı Rusiya mətbuatına istinadən məlumat verir ki, Rusiya prezidenti regionda vəziyyətin necə inkişaf etdiyi ilə maraqlandıqlarını deyib.
Medvedev həmçinin qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyanın da iştirakı ilə keçiriləcək üçtərəfli görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə həsr olunub:

“Bu cür görüşlər ardıcıl keçirilir və münaqişənin həlli prosesində irəliləyişin və problemlərin olub-olmadığı ilə bağlı fikir mübadiləsi aparılır. Bu cür dialoqlar əhəmiyyətlidir və belə əlaqələr davam edəcək”. 

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı rusiyalı həmkarının cəhdlərinə görə təşəkkürünü bildirib. İlham Əliyev Azərbaycanın münaqişənin nizamlanmasında və regionda sabitliyin yaranmasında maraqlı olduğunu vurğulayıb. 

Azərbaycan prezidenti İlham Əliyev bu gün Soçiyə yola düşüb. Burada Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir