Modern.az

Ölkəmizə xaricdən gətirilən malların üzərinə erməni dilində izah yazılır, Azərbaycan dilində isə yox

Ölkəmizə xaricdən gətirilən malların üzərinə erməni dilində izah yazılır, Azərbaycan dilində isə yox

23 Yanvar 2012, 13:53

Söz Azadlığını Müdafiə Fondu (SAMF) dövlət dilinin qorunması istiqamətində həyata keçirdiyi layihənin növbəti mərhələsini başa çatdırıb. Fond bu dəfə Azərbaycana idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının üzərindəki izahlarda ölkə qanunvericiliyinə müvafiq olaraq dövlət dilimizin qorunması ilə bağlı  real vəziyyəti araşdırıb.

SAMF-dan Modern.az-a bildirilib ki, monitorinq zamanı paytaxtda satışa çıxarılan  198  adda idxal olunmuş məhsula baxış keçirilib.  Əmtəələrin 24%-ni süd məhsulları, 16%-ni ət məhsulları,  9%-ni turşular, 28%-ni şirniyyat məhsulları, 17%-ni sərinləşdirici içkilər, 6%-ni isə yuyucu vasitələr  təşkil edib.   

Dövlət dili  haqqında qanunun 7.4 maddəsində birmənalı şəkildə qeyd edilir ki, “Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır”.

Monitorinq zamanı bəlli olub ki, baxış keçirilən və fotolarda əks olunan idxal məhsullarının yalnız  24,7% -nin üzərində Azərbaycan dilində izahatlar qeyd olunub.  Bu izahatlara diqqət yetirərkən məlum olub ki, onların da 0,5%-i ölkəmizdə fəaliyyət göstərən distribütorların vasitəsilə sonradan - malın qablaşdırıldığı karton, kağız və digər materialların üstünə yapışdırılıb.

Araşdırmalar zamanı bəlli olub ki, monitoriq edilən idxal məhsullarının üzərindəki izahların 48%-i gözlə görülə biləcək səviyyədə deyil, yəni 3-5 şrift ölçüsündə verilib. Hətta makaron məhsullarının beşində 18 dildə izahatlar verlib ki, izahatların heç biri oxunmur. Oxunmayan izahatın sadəcə izahat xatirinə məhsulun üzərinə yapışdırılması isə istehlakçıya qarşı edilən hörmətsizlik kimi qəbul edilə bilər.

Monitorinq zamanı Türkiyə və Rusiya istehsalı olan əmtəələrin heç birində  Azərbaycan dilində məlumata rast gəlinməyib.

Monitorinq olunmuş 4,5%  istehlak məhsulunun  üzərində erməni dilində izahlara rast gəlinib.  


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir