Modern.az

İlhamə Qasımovadan fanatlarına şad xəbər

İlhamə Qasımovadan fanatlarına şad xəbər

23 Yanvar 2012, 15:45

Müğənni Avropanın böyük konsert zallarında konsert verəcək


İlhamə Qasımova Almaniya və Avstryada konsert proqramları ilə cıxış edəcək. Mügənninin Modern.az saytına verdiyi məlumata görə, ilk konserti  bu ayın 27-də Avstriyanın Vena şəhərində “Millennium sity ” konsert zalında keciriləcək. İ. Qasımova ikinci konsertinin isə yanvar ayının 28-də Almaniyada Fulda şəhərində məşhur “Muzikpark Fulda”zalında keciriləcəyini söylədi. Müğənni fanatlarını  “Geinrichstrasse 85” ünvanda yerləşən bu məkanda heyrətləndirmək ücün konsert öncəsi gərgin rejimdə calışdığını deyir.
 İ. Qasımova fevral ayında da Almaniyanın müxtəlif şəhərlərində  konsert proqramları ilə cıxış edəcəyini bildirdi.  O, fevral ayının ilk günündə Berlində konsert verəcək. İ.Qasımovanın sözlərinə görə, fevralın 3-də isə Lauterach şəhərində,  Scheibenstrasse-25, ünvanında yerləşən “Muzikpark” konsert zalında möhtəşəm konserti keciriləcək.

Fevralın 4-də müğənni fanatlarını  “Danceclub Aqostea”  Ruppurrer- Str-1 ünvanında sevindirəcək.  Karlsruhe şəhərində baş tutacaq bu konsert müğənninin sayca xaricdə verdiyi 5-ci konserti olacaq. Fevral ayının 10-da isə müğənni Almaniyanın Lubeck şəhərində, “Muzikpark” A1 Lohmuhle 23554 ünvanında  fanatlarının qarşısına cıxacaq. Həmin günün sabahı, fevralın 11-də Ludwiqshafen-də, Berliner Plats 1am - Müzikparkda müğənninin növbəti konserti keciriləcək.
İ. Qasımova konsertlərə biletlərin internetdən satılacağını, odur ki fanatlarının  internet vasitəsilə bilet sifariş etmək imkanının olduğunu söylədi. Mart ayında isə müğənni İsvecrədə, Hollandiyada konsert proqramları ilə cıxış edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi