Modern.az

Nazir İsmət Abbasov Almaniyada Azərbaycandakı vəziyyətdən danışıb

Nazir İsmət Abbasov Almaniyada Azərbaycandakı vəziyyətdən danışıb

23 Yanvar 2012, 16:20

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyada keçirilən “Beynəlxalq Yaşıl Həftə-2012” sərgisində və sərgi çərçivəsində Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumda, Beynəlxalq Kənd Təsərrüfatı Nazirlərinin Panel Müzakirəsində və Kənd Təsərrüfatı Nazirlərinin 4-cü Berlin Sammitində iştirak etmək üçün Berlin şəhərində səfərdədir.

Nazir Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov və FAO-nun Avropa üzrə Regional Nümayəndəsi xanım Fernanda Querrieri ilə birgə təşkil olunmuş mətbuat konfransında iştirak edərək,  2012-ci ilin aprel ayında Bakı şəhərində keçiriləcək FAO-nun Avropa üzrə Regional Konfransı barədə sərgi iştirakçılarına və Avropa ictimaiyyətinə geniş məlumat verib.

Nazirlikdən Modern.az-a bildirilib ki, “Yaşıl Həftə” sərgisi çərçivəsində Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə naziri İsmət Abasov “Azərbaycanda kənd təsərrüfatının inkişafı” mövzusunda çıxış edib. Nazir çıxışında aqrar islahatlar, Dövlət Proqramları və aqrar sahədəki nailiyyətlər barədə ətraflı məlumat verib.

İ.Abbasov qeyd edib ki, 2003-cü ildən 1 yanvar 2012-ci ilədək ölkə üzrə 1 milyоn 7 min yеni iş yеri, о cümlədən kənd təsərrüfatında 265 min yеni iş yеri açılıb. Onun sözlərinə görə, yохsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2011-ci ildə 7,6 faizə düşüb.

Nazir aqrar sahədə ixrac potensialının ilbəil artdığını, həmçinin Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı üçün bütün imkanların mövcudluğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir