Modern.az

Müxalifətin yeni hərəkatına kimlər qoşulacaq?

Müxalifətin yeni hərəkatına kimlər qoşulacaq?

23 Yanvar 2012, 16:59

Mirmahmud Mirəlioğlu: “Müraciət edənlər var, müzakirələr gedir, qərar veriləndə adlar açıqlanacaq 

Ötən həftə təsis olunan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının növbət iclası keçirilib. Bu barədə Modern.az saytına  KXCP-nin sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

M.Mirəlioğlu bildirib ki, iclasda hərəkata qoşulmaq üçün əlavə müraciət edən təşkilatlarla bağlı məsələ müzakirə olunub: “Müraciətlərlə bağlı konkret qərarlarımız olmadığı üçün həmin partiyaların adlarını hələlik elan eləmirik”.

KXCP sədrinin sözlərinə görə, hərəkata qəbulla bağlı heç bir qadağa və sərhəd qoyulmayıb: “Eyni zamanda bugünkü iclasda idarə heyətinin reqlamentini və məclisin formalaşması haqqında qərarlar qəbul etdik”.

M.Mirəioğlu bildirib ki, hərəkatının Avropa burosunun yaradılması gündəmdə duran ən vacib məsələdir.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını Aydınlar Partiyası, Azadlıq Partiyası, Liberal Demokratlar Partiyası, Açıq Cəmiyyət Partiyası,  Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Vətəndaş Hərəkatı Forumu təsis edib.

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir