Modern.az

Nazirlik süni qiymət artımının qarşısını almağa çalışacaq

Nazirlik süni qiymət artımının qarşısını almağa çalışacaq

21 Dekabr 2009, 14:31

Yeni İl Bayramının gəlişi ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına olan tələbatı artır. Təcrübə göstərir ki, bəzi “işbazlar” bundan sui-istifadə etməklə, bu dövrdə daha çox alınan ərzaq mallarının qiymətlərini əsassız şəkildə artırmağa cəhd edirlər.

Bu cür halların qarşısının alınması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətləri istehlak mallarının qiymətlərinin gündəlik monitorinqinə başlayıb..
İqtisadi İnkişaf Nazirliyi əhaliyə istehlak mallarının qiymətinin əsassız artırılması halları ilə rastlaşdıqda İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01, 498-15-04) məlumat verməyi tövsiyə edir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir