Modern.az

Bakida meriyanın yaradılması istiqamətində görülən işlər var...

Bakida meriyanın yaradılması istiqamətində görülən işlər var...

24 Yanvar 2012, 11:00

Bakıda Meriya institutunun yaradılması Avropa Şurası Azərbaycana verdiyi tövsiyyələrindəndir. Ancaq hələ də bu tövsiyyəyə əməl olunmayıb.

2011-ci ildə Bakı və ətraf qəsəbələrin avtomobil yollarına nəzarət "Azəryolservis" SC-dən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) verildi.  2012-ci ildə isə Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Bakı İcra Hakimiyyətinin tabeliyinə verildi.

Bu addımların atılmasını Azərbaycanda Meriya institunun yaradılması ilə bağlı addım kimi qiymətləndirənlər də var.

Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib ki, Bakı Şəhərinin bütün strukturları, bütün sahələrin idarəçiliyi şəhər icra hakimiyyətinə tapşırılmalıdır:
“Bu təbiidir,  burada heç bir yenilik yoxdur. Hər bir rayonun bütün daxili proseslərini idarə edən icra başçıları var, elə Bakı şəhərinin rayonlarının icra hakimiyyətləri var, onların da səlahiyyət ölçüləri var”.

Bu kimki məqamların Bakı Meriyasının yaradılması istiqamətində ilkin addımlar olmasına gəlincə, deputat bildirib ki, buna dəqiq cavab verə bilməyəcək: “Amma bu, özü-özlüyündə müsbət işdir və Bakı Meriyası da yaradıla bilər.

Bakı Şəhər İcra Hakimiyyətinin icra hakimiyyəti və ya meriya adlanması əsas deyil, əsas odur ki, vəzifə səlahiyyətlərinin nəticələri olsun, bu vəzifənin görünən tərəfləri olsun. Bakı şəhərində  böyük quruculuq işləri gedir, mən deyərdim ki, 10 il ərzində görülməyəm işlə görülməkdədir”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi