Modern.az

Qərbi Azərbaycanlılardan Fransaya etiraz

Qərbi Azərbaycanlılardan Fransaya etiraz

24 Yanvar 2012, 13:30

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin yığıncağı keçirilib. Qurumdan Modern.az-a bildirilib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev partiyanın Qərbi Azərbaycan Departamentinin yığıncağında qurum rəhbərliyinin ötən il ərzində görülən işlər barəsində məruzələrini dinləyib. Fərəc Quliyev Qərbi Azərbaycan Departamentinin fəallığını təqdir etdiyini və bundan sonra daha fəal olacaqlarına inandığını bildirib.

Bundan sonra, yığıncaqda Departamentin yeni il üçün fəaliyyət proqramının müzakirə edilərək ən qısa zamanda hazırlanıb paket halında sədrə təqdim olunacağı diqqətə çatdırılıb. Seçkili orqanlara yeni təqdimatla seçilənlər təsdiqlənib.

daha sonra Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti Fransa parlamentinin qondarma ”erməni soyqırımı” iddialarını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin qəbulunu pisləyən bəyanatla çıxış edib.

Biz, MDHP Qərbi Azərbaycan Departamentinin üzvləri Fransa parlamentarilərinin qəbul etdikləri bu qərarı tarixi bir yalnışlıq adlandırır və onu qətiyyətlə pisləməklə Azərbaycan Respublikasının Fransa ilə münasibətlərinə yenidən baxılmasını tələb edirik”-deyə bəyanatda vurğulanır.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?