Modern.az

"Yardımlı Xeyriyyə Cəmiyyəti" "İlin adamları"nı seçib

"Yardımlı Xeyriyyə Cəmiyyəti" "İlin adamları"nı seçib

24 Yanvar 2012, 16:42


“Yardımlı Xeyriyyə Cəmiyyəti” Yardımlı əsilli  2011-ci ilin xeyriyyəçilərinin adlarını açıqlayıb. Bu barədə Modern.az saytına Yardımlıdan olan jurnalist Əli Zülfüqaroğlu məlumat verib. O bildirib ki, "Yardımlı Xeyriyyə Cəmiyyəti" hər il olduğu kimi, 2011-ci ildə də Azərbaycanda yaşayan Yardımlı əsilli soydaşlarımız arasında Yardımlı rayonunda göstərdikləri xidmətlərə və qazandıqları uğurlara görə ilin ən yaxşılarını müəyyən etməkdən ötrü sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən obyektiv qərarları, nümunəvi davranışı ilə rayon ictimaiyyəti arasında qazandığı nüfuza görə rayon Məhkəməsinin hakimi Gündüz Abbasov "İlin ən numunəvi məmuru", Mamılğan kəndində öz hesabına inşa etdirdiyi məscid binasına görə Əli Hüseynov "İlin ən xeyirxah iş adamı", Yardımlı və yardımlılarla bağlı dolğun yazılarına görə Mehdi Həsənov "İlin yazarı" seçiliblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir