Modern.az

Daha iki siyasi qurum bəyanat verdi: “Fransa Minsk qrupu həmsədrliyindən çıxarılsın”

Daha iki siyasi qurum bəyanat verdi: “Fransa Minsk qrupu həmsədrliyindən çıxarılsın”

24 Yanvar 2012, 17:17

Demokratik Cəmiyyət Uğrunda Müqavimət  Hərəkatının İdarə Heyəti də Fransa senatının ermənı soyqırımını tanımayanlara qarşı cəza tətbiq etməsini nəzərdə tutan qanunu kəskin pisləyən bəyanat qəbul edib. Bəyanatda deyilir:

“Fransa  senatının qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etmə “qərarını” Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Fransanın antitürk olduğunu göstərən bu qərarı kəskin pisləyirik.

DCUMH Türkiyə Cümhuriyyətinin  bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir.

- Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilsin.

- Azərbaycanın  tələbi ilə Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılsın.

- Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi, mədəni münasibətlərə və əlaqələrə son verilsin.

Bütün bu tədbirləri Türkiyə Cümhuriyyəti ilə birgə həyata keçirməyi Azərbaycan hakimiyyətindən tələb edirik”.

***

Demokratik İslahatlar Partiyası da Fransa Senatında «Fransanın qanunla tanıdığı soyqırımların inkarının suç sayılması» haqqında qanunun qəbulu ilə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Fransanın bu qərarı Avropanın demokratik prinsiplərinə, söz, fikir və ifadə azadlıqları ilə bağlı dəyərlərinə ziddir. Biz bu qərarı ədalətsiz hesab edirik və Azərbaycan hökumətinin də məsələ ilə bağlı adekvat addımlar atmasını zəruri sayırıq. Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən çıxarılmasını tələb etməyə çağırırıq. Çünki sözügedən qanunun qəbulundan sonra Fransanın bir dövlət olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutacağına, tərəfsizlik nümayiş etdirəcəyinə heç bir zəmanət yoxdur. Eyni zamanda düşünürük ki, Minsk qrupunda Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz olunmalıdır. Fransa Senatını isə 20-ci əsrin əvvəllərində baş verdiyi iddia olunan hansısa müəmmalı qətliamla bağlı qərar verməkdənsə, 20-ci əsrin sonlarında Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş və bütün rəsmi sənədlərlə sübuta yetirilmiş Xocalı soyqırımını tanımağa çağırırıq».


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?