Modern.az

Oskar mükafatını almağa namizədlərin adları açıqlandı

Oskar mükafatını almağa namizədlərin adları açıqlandı

24 Yanvar 2012, 19:29

Bu il üçün film dünyasının ən prestijli Oskar mükafatnı almağa namizədlərin adları açıqlanıb. Modern.az CNNTÜRK-ə istinadən bildirir ki, “Hugo” və “The Artist” filmlərinin mükafatı almağa namizədliyi daha çox dəstəklənib.

Ən yaxşı film kateqroyiyasında “War Horse”, “Artist”, “Moneyball”, “The Tree of Life”, “Midnight in Paris”, “The Help”, “Hugo”, “The Descendants”, “Extremely Loud and Incredibly Close” filmlər namizəd göstərilib.

Ən yaxşı kişi aktyoru nominasiyasında Demian Biçir ("A Better Life"), Corc Kluni ("The Descendants"), Jin Dujardin ("The Artist"), Qary Oldman ("Tinker Tailor Soldier Spy"), Bred Pitin ("Moneyball") adları çəkilib.

Ən yaxşı qadın aktrisa nominasiyasında namizədliyi irəli sürülənlər isə bunlardır: Glenn Klouz ("Albert Nobbs"), Viola Deyvis ("The Help"), Runi Mara ("The Girl with the Dragon Tattoo"), Meril Strip ("The Iron Lady"), Mişel Wiliams ("My Week with Marilyn”).

Ən yaxşı rejissor işinə görə namizdələr Martin Skorsıs (''Hugo')', Wud Allen (''Midnight in Paris''), Mişel Hazanavikus (''The Artist')', Terrens Mallik (''The Tree of Life''), Aleksandr Payne  (''The Descendants'') göstərilib.

Fevralın 26-da keçiriləcək 84-cü Oskar mərasimini Billi Kristal aparacaq. Bununla o, Oskar mərasiminə 9-cu dəfə aparıcılıq etmiş olacaq.

Oskar mükafatı 84-cü dəfədir təqdim ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?