Modern.az

Müdafiə Nazirliyi çavuşun əsir düşdüyünü təsdiqlədi

Müdafiə Nazirliyi çavuşun əsir düşdüyünü təsdiqlədi

25 Yanvar 2012, 11:33

Azərbaycan Müdafiə Nazirliyi Milli ordunun N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu düşmən tərəfinə əsir düşdüyünü təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Modern.az-a bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, erməni mətbuatı Azərbaycan ordusunun çavuşunun dünən əsir götürüldüyü barədə məlumat yayıb. Modern.az xəbər verir ki, “Armenia Today”ın məlumatında bildirilir ki, Azərbaycan hərbçisi işğal olunmuş Dağlıq Qarabağla təmas xəttininin şimal-şərqində, Tərtərin Yuxarı Çaylı kəndi yaxınlığında əsir düşüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinın Azərbaycan nümayəndəliyindən bildirilib ki, qurumun Xankəndi ofisindən daxil olan məlumata görə, bir azərbaycanlı hərbçi əsir götürülüb.

1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlunun Lənkəran rayon sakini olduğu bildirilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir