Modern.az

Ali məktəblərdə aparılan elmi tədqiqatların yekunları müzakirə olunacaq

Ali məktəblərdə aparılan elmi tədqiqatların yekunları müzakirə olunacaq

Təhsil

21 Dekabr 2009, 17:22

Dekabrın 22-də AMEA Rəyasət Heyətinin binasında Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək. AMEA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin məsul şəxsləri, Azərbaycan Respublikasının təhsil, kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi, ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirləri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri iştirak edəcəklər. İclasda Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi, AMEA-da, respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların yekunlarına dair hesabatların aparılması, yüksəkixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması, elmin istiqamətləri üzrə problem şuralarının yeni tərkibinin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!