Modern.az

Satışdakı Yeni İl hədiyyələri ilə bağlı yoxlamalar aparılır

Satışdakı Yeni İl hədiyyələri ilə bağlı yoxlamalar aparılır

21 Dekabr 2009, 17:55

Yeni İl Bayramı ilə əlaqədar ticarət obyektlərində içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışı artır.
Saxlama müddəti ötmüş ərzaq mallarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların Yeni İl hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlərə başlayıb. Modern.az bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Əvvəlki illərin təcrübəsi göstərir ki, bayram günlərində pirotexniki məmulatların satışı hallarına da rast gəlinir. Bu cür məmulatların qanundankənar dövriyyəsinin insanların həyat və sağlamlığı üçün təhlükə mənbəyi olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında pirotexniki məmulatların satışının qarşısının alınması məqsədilə yoxlamalar aparacaq.
Qanunvericiliyin tələblərini pozan şəxslər barədə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tədbirlər görüləcək.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bayram hədiyyələri alarkən diqqətli olmağı, eləcə də pirotexniki məmulatların və saxlama müddəti ötmüş ərzaq mallarının satışı halları ilə rastlaşdıqda Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01, 498-15-04) məlumat verməyi tövsiyə edir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir