Modern.az

Bu gündən kəskin soyuqlar başlayır

Bu gündən kəskin soyuqlar başlayır

26 Yanvar 2012, 09:45

Yanvarın 26-dan etibarən Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı proqnozlaşdırılır. Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 1-6° şaxta olacaqdır.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaqdır.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 4-7° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 1-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 2-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!