Modern.az

Türkiyənin 1-ci ledisindən fransız səfirin arvadına etiraz

Türkiyənin 1-ci ledisindən fransız səfirin arvadına etiraz

Aktual

26 Yanvar 2012, 15:33

Türkiyə prezidenti Abdulla Gülün həyat yoldaşı  Hayrünnisə Gül Ankarada vəzifədə olan  qadın səfirlər, kişi səfirlərin xanımları və beynəlxalq təşkilatların qadın nümayəndələrini bu gün günorta yeməyinə dəvət edib. Mərasimə yalnız Fransanın Türkiyədəki səfirinin həyat yoldaşı qonaq dəvət olunmayıb.

Modern.az-ın türk mətbutına istinadən verdiyi məlumata görə,  Türkiyədəki xarici qadın diplomatlar və diplomat xanımlarıyla tez-tez bir araya gələn Hayrünnisə Gül bu dəfə qonaqlarını Çankaya Köşkündə verilən günorta yeməyinə çağırıb.

Birinci ledinin Fransa Senatının erməni iddialarına bağlı qanunu təsdiqləməsinə etiraz olaraq bu ölkənin Ankaradakı səfiri Laurent Bilinin həyat yoldaşı Sabine Bili yeməyə dəvət etməməsi Fransa mətbuatında dərc olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir