Modern.az

AzTV-dən yeni layihə

AzTV-dən yeni layihə

Mədəni̇yyət

26 Yanvar 2012, 16:20

80 illik yubileyi ərəfəsində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri yeni layihə hazırlayıb.
Televiziya muğam müsabiqəsinin qalibləri İlkin Əhmədov, Kəmalə Nəbiyeva, Məmməd Nəcəfov, Nigar Şabanova, Aytən Məhərrəmova, eləcə də gənc vokalçı İlahə Əfəndiyeva Xalq Çalğı Alətləri Orkestrinin müşayiətilə xalq və bəstəkar mahnıları, eləcə də klassik əsərlərdən nümunələri ifa edəcəklər.
Gənc ifaçıların Xalq Çalğı Orkestri ilə debütünün fevralın 2-də - Gənclər günündə tamaşaçılara təqdim olunacağı gözlənilir. Məlumat Modern.az-a Azərbaycan Teleradio Verilişləri QSC-nin Mətbuat xidmətindən verilib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir