Modern.az

TeliaSonera dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu

TeliaSonera dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu

26 Yanvar 2012, 16:23

Bu gün dünyada 100 ən böyük və dayanıqlı şirkətlərin “Qlobal 100-lük” reytinqi açıqlanıb.  Fəxrlə qeyd edirik ki, Azercell Telekom MMC-nin də bir parçası olduğu  TeliaSonera şirkəti bu reytinq cədvəlində 13-cü yeri tutub.

“Qlobal 100-lük” reytinq siyahısı dünən  Davosdakı Dünya İqtisadi Forumunda təqdim edilib. TeliaSonera ətraf mühit, sosial və idarəçilik risklərin və imkanların idarə edilməsi sahəsindəən yaxşı telekommunikasiya operatoru hesab edilib.

TeliaSonera-nın korporativ məsuliyyət şöbəsinin rəhbəri Eyya Pitkanen reytinq cədvəlində yuxarı pillədə  yer tutmasının şirkət üçün mühüm göstərici olduğunu qeyd edib: “Korporativ məsuliyyət sahəsində göstərdiyimiz səylərin qiymətləndirildiyini görmək yaxşı haldır. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və işimizə münasibətdə nümayiş etdirdiyimiz məsuliyyət yüksək nəticə verir. Bu cür reytinq həmçinin bizə yüksək nümunə üçün mühüm bir göstəricidir.”

“Qlobal 100-lük” Dünyanın Ən Dayanıqlı Korporasiyaları reytinq cədvəlidir. Bu siyahının əsası 2005-ci ildə “Strategic Value Advisors Inc.” adlı beynəlxalq sərmayə-tədqiqat şirkəti və “Corporate Knights Inc.” şirkəti tərəfindən birlikdə təsis edilib. Yüzlüyə daxil olan qurumların adları səhmləri birjalara çıxarılan 3500 şirkət arasında seçilir.  Xatırladaq ki, “Qlobal 100-lük” cədvəli hər il Davosda Dünya İqtisadi Forumu zamanı  təqdim olunur.

TeliaSonera 2002-ci ildə Telia (İsveç) ilə Sonera (Finlandiya) şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Şirkət dünyanın bir çox ölkələrində, xüsusilə də Skandinaviya və Baltik ölkələrdə, Avrasiya məkanında, o cümlədən Rusiya, Türkiyə və İspaniyada telekommunikasiya xidmətlərini göstərir. Dünyada ilk dəfə olaraq 4G xidmətlərini istifadəyə buraxan TeliaSonera həmçinin beynəlxalq şəbəkə mülkiyyətçisi olmaqla Avropanın aparıcı rabitə xidmətləri təmin edən şirkətdir.

TeliaSonera-nın əsas amalı hər bir kəsə rahat, effektiv və ətraf mühitə zərər vurmadan bir-biri ilə əlaqə saxlamağa yardım etməkdən ibarətdir. Müştərilərə ən yaxşı təcrübəni nümayiş etdirmək, yüksək keyfiyyətli şəbəkə və sərfəli əməliyyatlarla  təmin etmək, bazarda ilk yerləri tutmaq TeliaSoneranın məqsədləri sırasındadır. 20 ildən də az bir müddətdə TeliaSonera yerli operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilə bilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir