Modern.az

Media FM radiosunun rəhbəri: “Bizim digər radioları həmrəyliyə çağırmaq fikrimiz yoxdur”

Media FM radiosunun rəhbəri: “Bizim digər radioları həmrəyliyə çağırmaq fikrimiz yoxdur”

Aktual

26 Yanvar 2012, 17:36

Media FM radiosu bu gündən efirindən fransız dilində və fransız ifaçılar tərəfindən oxunan mahnılara qadağa qoyub. Bu barədə Modern.az saytına məlumat verən Media FM radiostansiyasınım icraçı direktoru Tural Əliyev bildirib: “Fransız dilində və fransız ifaçıları tərəfindən oxunan mahnılara qadağa qoyulması bizim radiomuzun daxili işidi. Yəqin ki, digər  radiostansiyalar və televiziyalarda bu xəbərlə tanışdırlar. Buna uyğun olaraq atmaq istədikləri hər bir addım da onların daxili qərarıdı. Bununla bağlı həmrəylik üçün hər hansı bir radiostansiyaya müraciət etməmişik. Yəqin ki etməyəcəyik də”

Qeyd edəki, Media FM radiostansiyanın bu qərarı Fransa Senatı “erməni soyqırımının” inkarına görə cəza nəzərdə tutan qanunu ləğv etməyənə qədər qüvvədə qalacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi