Modern.az

Azərbaycan Bakıya gələcək ermənilərin təhlükəsizliyinə zəmanət verib” - FOTOLAR

Azərbaycan Bakıya gələcək ermənilərin təhlükəsizliyinə zəmanət verib” - FOTOLAR

26 Yanvar 2012, 18:08

Bugün Bakı Biznes mərkəzində  Avropa Yayım Birliyinin rəhbərliyi mətbuat konfransı keçirib. Konfransda “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, “Eurovision” müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker, “eurovision.tv”nin rəhbəri Yorqan Frank, “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak edib.

Modern.az-ın verdiyi məlumata görə, tədbir Azərbaycan və “Eurovision-2012” ilə bağlı video-rolik nümayişi və eurovision.az saytının təqdimatı ilə başlayıb.

Adil Kərimli deyib ki, "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində "Euroklub", "Eurovillage" məkanları fəaliyyət göstərəcək Bunlar müsabiqədə iştirak etmək üçün akkreditasiya olunan iştirakçılar üçün nəzərdə tutulub.

A.Kərimli müsabiqə bitdikən sonra yarışmaya sərf olunan büdcənin nə qədər olduğunun Avropa Yayım Birliyinə təqdim olunacağını bildirib.  

Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu ifadə edib.
"Bu, bizim ev sahibi olan Azərbaycanda keçirdiyimiz ilk mətbuat konfransıdır. Azərbaycan bu müsabiqədə qalib gəldikdən dərhal sonra hazırlıqlara başladıq. Bu cür müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Amma bizim bu işə çox vurğun olan komandamız var və bir çox hallarda bu müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik. Bu müsabiqə ilə bağlı görüləcək işlər də çoxdur", - deyə o bildirib.

A.Kərimli Avropa Yayım Birliynini Azərbaycan Nazirlər Kabinetndən ölkəyə gələn vətəndaşların təhlükəsizliyi üçün “dövlət zəmanəti “ alındığını qeyd edib.

Yan Ola San həmçinin bildirib ki, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək: “Mən əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir”

Bundan başqa, qeyd edilib ki, biletlərin qiyməti adi vətəndaşdarın ala biləcəyi məbləğdə olacaq. Və biletlərlə bağlı bütün məlumatlar 3 həftə ərzində mətbuata açıqlanacaq.

Müsabiqə üçün Azərbaycana 1500 jurnalistin gələcəyi gözlənilir.  Təşkilatçılar Azərbaycan ev sahibi olduğu üçün digər ölkələrlə müqayisədə 10 dəfə çox jurnalistimizin müsabiqəyə akkreditasiya edilə biləcəyini açıqlayıblar.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.




Sevinc İltifatqızı
Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi