Modern.az

Fransada Əliyev qardaşlarının məhkəmə qərarının icrası müzakirə olunacaq

Fransada Əliyev qardaşlarının məhkəmə qərarının icrası müzakirə olunacaq

Dünya

26 Yanvar 2012, 23:43

26 yanvarda Avropa Şurasının hüquq məsələləri ilə bağlı komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib.

Bu məlumatı “Yeni Müsavat”a hazırda Strasburqda olan “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev verib. Onun sözlərinə görə dinləmələr zamanı ölkəmizdən gəlmiş hüquq müdafiçiləri Azərbaycandakı insan haqlarının durumu ilə bağlı çıxış ediblər: “Mən çıxışım zamanı 17 vicdan məhbusunun, o cümlədən Rafiq və Fərhad Əliyev qardaşlarının və bu yaxınlarda vicdan məhbusu kimi tanınacaq Əli İnsanovun azadlığa buraxılmasını tələb etdim”.
E.Fətullayev deyir ki, daha sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı Azərbaycanın Prezident Administrasiyasının vicdan məhbuslarının hamısının azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı tövsiyyələrinin olduğunu qeyd edib. O, daha sonra bildirib ki, bu barədə Avropa Şurasının müvafiq qurumlarına yazılı müraciət olunub.

Hüquq müdafiəçisi E.Fətullayev deyir ki, dinləmələr zamanı “Artikl 19”, “Norveç İnsan Haqları”, “Açıq Cəmiyyət İnstitutu” və rəhbəri olduğu “İnsan Haqları Uğrunda” İctimai Birliyi vicdan məhbusları ilə bağlı beynəlxalq təşkilat qrupuna daxil edilib: “Hüquq müdafiə təşkilatlarının rəhbərlərinin vicdan məhbusları ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşü oldu. 17 məhbusun azadlığa buraxılması Komitənin mart ayında Parisdə keçiriləcək növbəti iclasında da müzakirə olunacaq. Həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserinn ölkəmizə buraxılması gündəmə gələcək”.

E.Fətullayev deyir ki, görüşlər zamanı ona Azərbaycandakı siyasi məhbuslar barəsində suallar verilib: “Mən dedim ki, “Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan 17, Avropa Məhkəməsinin qərarı ilə təsdiq olunmuş Fərhad və Rafiq Əliyev qardaşlarını, o cümlədən bu yaxınlarda bu siyahıya daxil olacaq Əli İnsanovu vicdan məhbusu hesab edirəm”.

Hüquq müdafiəsçinin sözlərinə görə, yanvarın 27-də Avropa Şurasının Nazirlər Komitəsinin 10 səfiri ilə görüşləri olacaq. Görüş zamanı əsas müzakirə mövzusu Fərhad və Rafiq Əliyev qardaşalarının məhkəmə qərarının icrası olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?