Modern.az

Cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanlb

Cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanlb

Aktual

27 Yanvar 2012, 11:36

Yanvarın 27-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ötən il korrupsiyaya qarşı görülən işlərin yekunlarına dair mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, K.Əliyevin sözlərinə görə, 2011-ci ildə korrupsiya əməllərinə görə, 128 cinayət işi başlanıb. Vətəndaşlar tərəfindən idarəyə daxil olan 1084 müraciətə baxılıb.

K.Əliyev deyib ki, ötən illə bağlı hesabata görə, 5 prokurorluq işçisi barəsində 4 cinayət işi başlanıb. Onlardan birinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilərək hökm çıxarılıb, 3-ü hazırda icraatdadır.

Ötən il 6 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılıb, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi