Modern.az

Azərbaycanda jurnalist vəfat edib

Azərbaycanda jurnalist vəfat edib

27 Yanvar 2012, 17:05

Jurnalist, 51 yaşlı Qismət Alışoğlu ötən gün xəstəlikdən dünyasını dəyişib. Mərhum bu gün doğulduğu Masallı rayonunda torpağa tapşırılıb. APA-nın məlumatına görə, Q. Alışoğlu şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Q. Alışoğlu uzun illər mətbuatda çalışıb. O, “Respublika”, “Xalq”, “Azərbaycan Müəllimi”, “Poliqlot” və s. qəzetlərlə yaxından əməkdaşlıq edib. Q. Alışoğlu həmçinin hekayə və şerlər müəllifidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər