Modern.az

Azərbaycan deputatı AŞPA-da komitə sədrinə etiraz edib

Azərbaycan deputatı AŞPA-da komitə sədrinə etiraz edib

27 Yanvar 2012, 18:19

Bu gün AŞPA-nın qış sessiyasının son plenar iclasında “Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması” adlı hesabat dinlənilib.

Modern.az-ın məlumatına görə, AŞPA-nın İnsan haqları və hüquqi məsələlər komitəsinin sədri, litvalı deputat Egidijus Vareikisun təqdim etdiyi hesabata azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat öz əksini tapmayıb və Cənubi Qafqazda bu problemlə bağlı durum ümumi ifadələrlə qeyd olunub. Bu isə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın narazılığına səbəb olub. Azərbaycanlı millət vəkili insanların, əhalinin zorla öz torpaqlarından, evlərindən köçürülməsi məsələsinin çox ciddi bir məsələ olduğunu bildirib:

“Biz də Avropa Şurasının bu problmin həllinə ciddi dəstək verməli olduğunu dəstəkləyirik. Amma məruzəçi hesabatda göstərir ki, Qafqaz regionunda da baş verən hadisələrdə əhalinin zorla köçürülməsi halları var. Hesabatda bu məsələni konkret, aydın və adı ilə yazmaq lazımdır. Bu məruzədə əksini tapmalıdır ki, 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlını öz torpaqlarından, öz evindən zorla qovub. Biz bu faktın sənəddə öz əksini tapmasını istəyirik. Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan dövləti, Ermənistan Silahlı Qüvvələri tərəfindən qaçqın və məcburi köçkünə çevrilib. Bu halların məruzədə ciddi şəkildə əksini tapması lazımdır. Qeyd etdim ki, hər bir kəsin individual olaraq haqları qorunmalıdır. Amma burada söhbət yüz minlərlə insandan gedir. Və bu insanların məsələsinin açıq şəkildə hesabatda əksini tapması lazımdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub