Modern.az

Azərbaycanlı alimlərin onkologiya ilə bağlı kitabı çıxıb

Azərbaycanlı alimlərin onkologiya ilə bağlı kitabı çıxıb

27 Yanvar 2012, 22:04

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, akademik Məmməd Əliyev və professor Azər Əmiraslanovun birgə yazdıqları “Onkoloji xəstələrdə iri sümüklərin və oynaqların endoprotezləşdirilməsi” monoqrafiyası rus dilində çap olunub.
ATU-dan Modern.az saytına verilən məlumata  görə, uzunmüddətli tədqiqatlar əsasında yazılmış ilk irihəcmli əsər olan bu monoqrafiya məzmun və tərtibatı, elmi yeniliklərinin aktuallığı, əldə olunan nəticələrin səhiyyə praktikasına tətbiqinin əlverişliliyi baxımından tibb elminə dəyərli töhfədir.
Kitabda sümüklərin bədxassəli şişi diaqnozu qoyulmuş xəstələrin endoprotezləşdirilməsinin ümumi məsələləri, insan orqanizmindəki iri oynaqları əmələ gətirən sümüklərin şişləri zamanı endoprotezləşdirilmə probleminin müasir vəziyyəti, bədxassəli sümük şişləri zamanı endoprotezləşdirilmənin nəticələri geniş işıqlandırılıb.

Kitab müəllifləri sübut edirlər ki, sümük sarkomalarının cərrahi müalicəsi zamanı mövcud dərman preparatları ilə yanaşı, çatmayan sümük qüsurları əvəzinə endoprotezlərdən istifadə olunması xəstələrin ətrafının saxlanılmasına imkan verir, onları şikəstedici təzahürlərdən qoruyur, yenidən fəal həyata qaytarır. Monoqrafiyada geniş şərh edilən bu üsul iri sümüklərinin bədxassəli şişi olan xəstələrin müalicəsində optimal üsul hesab edilir. 
“Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış əsərə akademik Cəmil Əliyev və professor Vaqif Verdiyev rəy veriblər. 
Yeni nəşr tibb mütəxəssisləri, həkimlər, müəllim və tələbələr üçün faydalı mənbədir. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir