Modern.az

Kəskin soyuqlar başladı

Kəskin soyuqlar başladı

28 Yanvar 2012, 11:38

Dünəndən bütövlükdə Azərbaycanda soyuyan hava bu gün daha da kəskinləşib.

Demək olar ki, Bakıda və bütün rayonlarda yollar buz bağlayıb.

Bununla bağlı Respublika Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi və digər əlaqədar qurumlar

 gücləndirilmiş iş rejiminə keçib.

Bu saatlarda olan məlumata görə Respublikanın Şəki-Zaqatal bölgəsində elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Bakının bir neçə rayonunda da qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Dünən belə problem Xətai rayonunda yaşanıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə belə hava şəraiti yanvarın 29-dək davam edəcək.

Moderen.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir