Modern.az

Azərbaycanın partiya sədri Pakistan səfiri ilə görüşüb

Azərbaycanın partiya sədri Pakistan səfiri ilə görüşüb

28 Yanvar 2012, 14:43

Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayətullah Kakarla görüşüb. Görüş səfirin dəvəti ilə baş tutub. Bu barədə AİDP-nin mətbuat xidməti  məlumat yayıb. Məlumata görə, görüşdə son vaxtlar ərəb ölkələrində baş verən proseslər, müsəlman ölkələri arasında siyasi, iqtisadi,  elmi, mədəni əlaqələrin hazırkı durumu, perspektivi, həmçinin bir sıra Avropa ölkələrində İslam dininə qarşı basqıların artması, eləcə də Azərbaycan-Pakistan münasibətləri müzakirə edilib. AİDP sədri iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və dini əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu, bu prosesin ümumilikdə müsəlman dünyasını əhatə etməsinin vacibliyini bildirib. 
Səfir İnayətullah Kakar öz növbəsində Azərbaycanla-Pakistan arasında əlaqələrin  qənaətbəxş olduğunu bildirib, bununla yanaşı qeyd olunan fikirlərlə razılaşdığını, bu istiqamətdə görüləcək işlərin hələ çox olduğunu deyib.  

T. Abbaslı səfirə ölkəsinin Dağlıq Qarabağ problemində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Səfir İnayətullah Kakar isə Dağlıq Qarabağ məsələsində rəsmi İslamabadın mövqeyinin bundan sonra da dəyişməz olaraq qalacağını vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!