Modern.az

Ermənistanın müdafiə naziri əsir düşən Azərbaycan əsgərindən danışıb

Ermənistanın müdafiə naziri əsir düşən Azərbaycan əsgərindən danışıb

Aktual

28 Yanvar 2012, 22:21

“Azərbaycan Silahlı Qüvvələrinin çavuşu şəxsi zəmində olan münaqişə üzündən hərbi hissəni tərk edib”. Modern.az bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan   təmas xəttində erməni ordusuna əsir düşmüş azərbaycanlı çavuş Məmmədbağır Axundzadə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ohanyan idda edib ki, guya çavuş hərbi hissəni könüllü tərk edərək sərhəd xəttini keçib. Düşmən ölkənin naziri bununla yanaşı, erməni jurnalistlərin “bu Azərbaycan ordusunda hərbi hazırlığın aşağı səviyyəsini göstərmir” sualına cavab verməkdən yayınıb. O yalnız deyib ki, “situasiyanı tam şəkildə qiymətləndirmədən hər hansı nəticə çıxarmaq olmaz”.

“Mən digər ordunun imkanlarını qiymətləndirmək istəməzdim”-deyən Ohanyan bildirib ki, onlar yalnız təmas xəttini keçən çavuşu saxlayıblar.  

Xatırladaq ki, yanvarın 23-də Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Məmmədbağır Axundzadə ermənilər tərəfindən əsir götürülüb.

1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Lənkəram rayonundandır. Əsgərin atası isə oğlunun könüllü olaraq erməni tərəfə keçməsini qəbul etmir. O, mətbuata bildirib ki, Məmmədbağır ermənilərə nifrət edirdi, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını istəyirdi.
"Oğlum heç vaxt ermənilərə könüllü əsir düşməz”. Talıb Axundov deyib ki, Məmmədbağır 2010-cu ilin iyul ayına kimi Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçib, sonra isə öz arzusu ilə müddətdən artıq xidmət edən çavuş kimi Tərtərdəki hərbi hissədə xidmətə başlayıb.
”Onun könüllü olaraq ermənilər tərəfə keçməsi barədə deyilənlər yalandır. Məmmədbağır Vətənini sevməsəydi, hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıtmazdı".



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!