Modern.az

Türkiyənin ilk “Dünya Gözəli” vəfat edib

Türkiyənin ilk “Dünya Gözəli” vəfat edib

29 Yanvar 2012, 00:19

Türkiyənin ilk “Dünya Gözəli” Keriman Halis Ece Tamer İstanbulda qızının evində vəfat edib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Keriman Halis ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Onun cənazəsi 30 yanvarda İstanbulda toprağa tapşırılacaq.

 Keriman Halis kimdir?

1913-cü ildə İstanbulda doğulan Keriman Halis 1932-ci ildə Türkiyədə keçirilən ilk gözəllik yarışmasında ''Türkiyə Gözəli'', elə həmin il 28 ölkənin qatıldığı yarışmada isə ''Dünya Gözəllik Kraliçasi'' seçilib.

Keriman Halise 1934-cü ildə rəsmi olaraq Atatürk tərəfındən kraliça anlamına gələn ''Ece'' soyadı verilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi