Modern.az

Deputat: "Bu, böyük bir rəzalətdir..."

Deputat: "Bu, böyük bir rəzalətdir..."

29 Yanvar 2012, 12:18

Fransa Senatı tərəfindən uydurma “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qərarın qəbul edilməsi böyük ədalətsizlik , haqsızlıq və qanunun aliliyi prinsipinin pozulmasıdır.

Bu qərar və onun ətrafında cərəyan edən hadisələr  Fransa hakimiyyətinin və oradakı ermənipərəst dairələrin  Türkiyə başda olmaqla, Türk  dünyasına qarşı  təzyiqinin bir vasitəsidir.

Bu fikirləri hakim partiyadan olan millət vəkili, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü  Sahibə Qafarova deyib.

S.Qafarova  bildirib ki, bu məsələ yalnız Fransada keçirilməsi gözlənilən seçkiyə görə deyil.

Millət vəkilinin  sözlərinə görə, burada böyük siyasi oyunların izləri görünür.

“Unutmasınlar  ki, bu gün Türkiyə güclü ölkədir, bu dövlət cavab tədbirləri elan edib və həmin tədbirlər davamlı olacaq. Bununla yanaşı, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Bu hadisə isə bir tərəfdən, işğalçı Ermənistana mənəvi dəstəkdir, digər tərəfdən Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini tam şübhə altına alır və ona inamsızlıq yaradır. Eyni zamanda, bu qərar Fransa xalqının 5-ci respublikasının demokratikliyinə şübhə oyadır”.

S.Qafarova onu da deyib ki, bu cür hərəkətlər dünyanın fundamental əsaslarına zərbə endirir:

“Bu sənədin qəbul edilməsi BMT-nin, ATƏT-in, Avropa Şurasının prinsiplərinə zərbə endirir. Bu, böyük bir rəzalətdir və bu rəzalətin başında sarkozilər, sənədə səs verən senatorlar, ermənipərəst dairələr dayanır. Bu hadisə istər-istəməz hər bir azərbaycanlıda qəzəb hissi yaradır. Çünki həmin sənədin qəbul olunması işğalçı Ermənistana siyasi və mənəvi dəstəkdir. Azərbaycan tərəfi məsələ ilə bağlı lazımi addımlar atır. Azərbaycan hökuməti möhtərəm Prezidentimizin simasında bu siyasətin doğru olmadığını açıq şəkildə bildirib.

 Eyni zamanda, cəmiyyətimiz müxtəlif formalarda bu məsələyə etiraz edib. Azərbaycan tərəfi bu məsələdə Fransanın ermənilərə dəstək verməsini onun Minsk qrupundakı fəaliyyətini şübhə altına aldığını birmənalı şəkildə bildirib. Bundan sonrakı addımlar da hökumətimizin siyasətində özünü göstərəcək”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı