Modern.az

Nazir sürüşüb yıxıldı - FOTO

Nazir sürüşüb yıxıldı - FOTO

İqtisadiyyat

29 Yanvar 2012, 21:58

Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıçı, gənclik və idman naziri Suat Kılıcla birgə xizəksürmə yarışlarının keçirilməsi planlaşdırılan Rizə vilayətinə səfər ediblər. Burada onlar Ayder yaylasında təşkil edilən Qar adam şənliyinə də qatılıblar. Qar üzərində gəzməkdə çətinlik çəkən nazirlər sürüşməsin deyə cangüdənləri onların qollarına giriblər. Ancaq qorumaların bütün səylərinə baxmayaraq, gömrük və ticarət naziri Həyati Yazıçı sürüşərək arxası üstə yerə yıxılıb. Bununla da nazir türk mediasının gündəmində yer alıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir