Modern.az

Bu il 132,2 ton keyfiyyətsiz mal satışdan çıxarılıb

Bu il 132,2 ton keyfiyyətsiz mal satışdan çıxarılıb

Ölkə

22 Dekabr 2009, 14:53

Bu ilin ötən dövründə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi yoxlamalar nəticəsində ümumi çəkisi 132,2 ton olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunmuş və satışdan çıxarılaraq məhv edilib.
Modern.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, yararsız malların 7,7 tonunu ət və ət məhsulları, 15,4 tonunu süd və süd məhsulları, 27 tonunu mineral sular və sərinləşdirici içkilər, 17,6 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Dövlət Xidməti tərəfindən həmçinin, bu müddətdə 6 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 2,4 ton quru meyvə, 5,4 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 35,9 ton alkoqollu içkilər, 0,3 ton balıq və digər dəniz məhsulları, 1,1 ton yarımfabrikatlar və s. saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Satışdan çıxarılaraq məhv edilmiş malların 1,7 tonu uşaq yeməkləridir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, protokol tərtib edilib, 59 hüquqi şəxsə 223,2 min manat, 694 fiziki şəxsə isə 1037,8 min manat inzibatı cərimə tətbiq olunub.
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında nəzarət tədbirlərini davam etdirir.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür