Modern.az

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinə işçi axtarır

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinə işçi axtarır

Təhsil

22 Dekabr 2009, 16:53

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindəki vakant yerlərin tutulması üçün müsabiqə elan olunub. Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki,  müsabiqə mərkəzin 6 şöbəsindəki 10 vakant həkim metodist yerini əhatə edir. Qeyd edək ki, Səhiyyə Nazirliyi bir müddət öncə yeni yaradılan Respublika Perinatal Mərkəzindəki vakant vəzifələrin tutulması üçün də müsabiqə elan edib. Nazirlikdən saytımıza bildirilib ki, həmin müsabiqəyə qatılmaq istəyənlərdən sənəd qəbulu dekabrın 7-də başlayıb və 2010-cu il yanvarın 7-də başa çatacaq. Bu mərkəzdə 290 boş iş yeri var.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!