Modern.az

Generallar, kəşfiyyatçılar Obamanı İrana hücum etməyə çağırdılar

Generallar, kəşfiyyatçılar Obamanı İrana hücum etməyə çağırdılar

1 Fevral 2012, 15:30

Respublikaçılar və demokratlar prezidentə müraciət etdilər

Respublikaçılar və demokratlar ABŞ prezidenti Barak Obamanı İranla müharibəyə hazırlaşmaqla bağlı çağırış ediblər. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Respublikaçılar və Demokrat partiyalarından olan istefadakı generallar, kəşfiyyatçılar və siyasətçilər İranla bağlı paket təkliflər hazırlayblar. Fevralın 1-də rəsmən təqdim olunacaq həmin sənəddə qeyd edilir ki, ABŞ-ın ən vacib xarici siyasətindən biri Tehranın nüvə başlığı hazırlamasının qarşısının alınması olmalıdır.

Həmin vəzifənin yerinə yetirilməsi üçün “Bipartisan Policy Center” Barak Obama adminstrasiyasına konkret addımlar atılmasını-İranla diskussiyslarda tonu artırmağı, daha ciddi sanksiyalar tətbiq etməyi və bu ölkənin nüvə obyektlərinin məhv edilməsi üçün hərbi əməliyyatları planlaşdırmağı, eləcə də əməliyyatlara hazırlaşmağı- təklif edir.

Bundan başqa, təklif olunur ki, Birləşmiş Ştatlar İranın qarşısına iki alternativ variantdan birini seçməsini qoymalıdır: bu ölkə öz nüvə proqramını danışıqlar yolu ilə dayandırmalıdır, əks halda həmin obyektlər həbi vasitələ məhv ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir