Modern.az

Bakıda çovğun qəzetləri "dondurdu"

Bakıda çovğun qəzetləri "dondurdu"

Aktual

2 Fevral 2012, 15:00

Bu gün havaların kəskin surətdə soyuması ölkədə bir sıra probləmlərə səbəb olub. Bir çox qurumlar əhalinin ehtiyatlı olmağını tövsiyə edib. Modern.az saytı məlum havada sabah qəzetlərin çıxıb-çıxmayacağını öyrənib.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki, soyuq havanın onların işinə heç bir təsiri yoxdur. Əvvəlki formada öz işlərini davam etdirirlər.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı öz işlərində olduğunu bildirib. Qəzet hər günkü fəaliyyətini yerinə yetirir. Bir sözlə soyuq havanın iş qrafikinə heç bir təsir göstərmədiyini deyib.

“Şərq” qəzetinin əməkdaşı Yusif Nəzərli havanın kəskinləşməsinə baxmayaraq işlədiklərinin deyib. Hər kəs öz işini davam etdirir. Qəzet növbəti nömrəsinin çapına hazırlanır.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan qəzetin işində heç bir problemin olmadığını deyib. Qəzet hər gün işlədiyi qaydada öz işini davam etdirir. Sabah çıxacaq materialları hazırlayırıq.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli işlərinin normal olduğunu qeyd edib.Həmçinin işin normal öz qaydasında getdiyini bildirib.

Ümumilikdə qəzet əməkdaşları işin öz qaydasında getdiyini bildiriblər. Əsas işin nəşriyyatdan asılı olduğu deyilib. Bir sözlə, nəşriyyat işini dayandırmasa, sabah qəzetlər çıxacaq.

Mediaforum saytı isə xəbər verir ki, "Yeni Müsavat", "Azadlıq", "Zerkalo", "525-ci qəzet", "Ədalət", "Bizim yol" qəzetləri çıxmayacaq.

Anar KƏLBİYEV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır