Modern.az

Bu gün Azərbaycanda 3 milyon insanın bayramıdır

Bu gün Azərbaycanda 3 milyon insanın bayramıdır

Aktual

2 Fevral 2012, 15:52

Bu gün Azərbaycanda “Gənclər Günü” qeyd olunur.  “Gənclər Günü” ilk dəfə 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır.  Ölkəmizdə 3 milyon nəfərə yaxını gənc var və bu gün onların bayramıdır. Gən oğlan və qızlar təxminən eynilik təşkil edir. Müasir azərbaycan gəncliyində ali təhsilli gənclər üstünlük təşkil edir. Amma onların heç də hamısı işlə təmin olunmayıb. Bununla belə, gənclərin başqa problemləri da var. Bu yaxınlarda Gəncə şəhəri Azərbaycanın ilk “Gənclər paytaxtı” olub. Bu şəhərdə 100.000-ə yaxın gənc var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!