Modern.az

ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

3 Fevral 2012, 13:12

ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin İranda olan nüvə təsislərini bu ilin yazında vuracağına inandığını söyləyib. Panetta “Washington Post” qəzetinin yazarı Devid İgnatusun köşəsində yer alan iddianı nə təsdiq edib, nə də yalan adlandırıb.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, İgnatus dünən yayımlanan köşəsində adının açıqlamadığı qaynaqlara istinad edərək, Panettanın İsrailin İranı aprel, may və ya iyun ayında vurma ehtimalının güclü olduğuna inandığını qeyd edib. O eyni zamanda prezident Barak Obama və Panettanın israilliləri ABŞ-ın bu kimi hücumlara qarşı olduğu istiqamətində də xəbərdar etdiyini yazıb.

Panetta media nümayəndələrinin yazı ilə əlaqədar suallarına “şərh vermirəm” deyə cavab verib.

“Xəbəri yalanlamırsınız” sualına isə Panetta “xeyr, sadəcə şərh vermək istəmirəm. Nə düşündüyüm və hadisələri necə gördüyüm sadəcə məni maraqlandıran bir vəziyyətdir. Başqalarını maraqlandırmaz” deyə cavab verib.

İsrailin İrana müharibə elan edəcəyini açıqca ortaya qoyduğunu xatırladan Panetta ABŞ-ın bu mövzu ilə əladar qayğılarını da dilə gətirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi