Modern.az

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

23 Dekabr 2009, 10:46

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə saat 8.00-da başlayıb, 19.00-da isə başa çatacaq. Modern.az-ın Mərkəzi Seçki Komissiyasına istinadən məlumatına görə,  budəfəki bələdiyyə seçkilərində 31 minə yaxın namizəd mübarizə aparır. Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.  
MSK sədri Məzahir Pəhahov bildirib ki, seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir: “Ümumilikdə 4 min 813 seçki məntəqəsi fəaliyyət göstərir.
Seçicilərin sayı 4 milyon 600 minə yaxındır. Beynəlxalq müşahidəçilər də bizim seçici siyahılarımızın Avropa standartlarına uyğunluğunu təsdiq edirlər”.
Seçki prosesini 52 beynəlxalq, 49 mindən çox yerli müşahidəçi izləyir. Beynəlxalq müşahidəçilərin sırasında xüsusilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa İttifaqı, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və digər nüfuzlu təşkilatların nümayəndələrini qeyd etmək olar. KİV nümayəndələri səsvermənin gedişini sərbəst izləyə bilirlər.
Səsvermənin gedişi ilə bağlı bu gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ictimaiyyətə məlumat veriləcək.
Səsvermənin şəffaflığını təmin etmək məqsədi ilə 500 məntəqədə veb-kamera quraşdırılıb. İstənilən şəxs MSK-nın internet səhifələrinə daxil olaraq həmin məntəqələrdə prosesi canlı izləyə biləcək.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir