Modern.az

Dünyanın ən soyuq yerləri və oraların sakinləri

Dünyanın ən soyuq yerləri və oraların sakinləri

Aktual

6 Fevral 2012, 10:36

Avropa qitəsi güclü qar, anomal soyuq və şaxtalı havanın əsirinə çevrilib. Şərqi Avropa ölkələrində həyat iflic olub, -38, -40 dərəcə şaxta çoxsaylı donvurmalara səbəb olub. Artıq şaxtanın qurbanı olan 250 nəfərdən çox insan ölüb.

Avropada kəskin soyuqlara dözə bilməyən insanlardan fərqli olaraq, dünyanın başqa bir tərəfində yaşayan sakinlər bundan iki dəfə güclü şaxtaların hökm sürdüyü havalara öyrəncəlidir.

Dünyada bilmədiyimiz elə soyuq yerlər var ki... – 60, - 80 dərəcə şaxtaların olduğu həmin yerlərdə düşünməyin ki, yaşayanlar yoxdur, var...

Northice stansiyası

Yer kürəsinin ən soyuq bölgələrindən biri Qrenlandiyadır. Tarixən Avropanın bir parçası olan Qrenlandiyada 1954-cü ilin 9 yanvarında Northice stansiyası tikilib. Hazırda bu stansiyada yaşayanlar  -66 dərəcəlik şaxtalara davam gətirilər.

Snag

Kanadadakı Snag qəsəbəsində orta temperature -30 dərəcə olur. Amerika qitəsinin ən soyuq yeri olan bu qəsəbədə temperaturun şkalası bəzn -63 dərəcəyə enir. Snag qəsəbəsi soyuğu tam mənasıyla yaşayır. Bəzən insanların ağzından havaya çıxan buxar belə dərhal donur. Nəfəsləri donduran belə yerlərdə insanların necə yaşadığı böyük maraq doğurur.

Yakutsk 

Rusiyanın Sibir bölgəsində yerləşən Yaqutiyanın və dünyanın ən soyuq şəhəri olan Yakutskda -50 dərəcə şaxta olir. 200 min əhalisi olan şəhərin sakinləri belə şaxtalara dözrək yaşayırlar. Qışın sərt dövrlərində burada havanın temperature bəzən hətta -72 dərəcəyədək düşürş.

Verxoyansk

Bu, Yakutskdan sonra ikinci ən soyuq şəhərdir. Verxoyanskda nəqliyyatın işi çox çətindir. Çünki burada heç quru yol yoxdur. Əgər hansısa yolu bu gün təmizləyirlərsə, ertəsi gün yenidən qarla örtülür. Burada hətta göllər də donur.

Vostok stansiyası

Cənub yarımkürəsinin ən soyuq bölgəsidir. Antarktikada yerləşir. Bu bölgədəki Rusiyaya məxsusu araşdırma mərkəzi olan Vostok stansiyası 21 İyul 1983-cü il tarixində tikilib. Burada şaxtanın gücü -89,2 dərəcəyə çatır. Stansiyada işləyən insanlar var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?