Modern.az

Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçiləcək

Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçiləcək

6 Fevral 2012, 12:15

Ukrayna Azərbaycanlıları Konqresi seçkilərə hazırlaşır. Modern.az saytının məlumatına görə, ötən şənbə Konqresin Məclisi toplantı keçirib və seçkilərə dair qərar qəbul edib.
Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətovun saytımıza verdiyi xəbərə görə, Ukrayna Azərbaycanlıları Konqresində seçkilər bu ilin mayında keçiriləcək.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Konqresinin sabiq sədri İlqar Abbasov ötən ilin sonlarında qurumun rəhbərliyindən gedib. Ukrayna Azərbaycanlıları Konqresinin sədri vəzifəsini hələlik qurumun sədr müavini Qurban Abbasov icra edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı