Modern.az

Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr imzalayıb

Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr imzalayıb

6 Fevral 2012, 12:44

Təhsil naziri Misir Mərdanov Azərbaycanda müəllimlərin işə qəbuluna dair yeni əmr imzalayıb. Modern.az-ın məlumatına görə, nazir 2012-ci ildə respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə işlərə başlanması üçün Təhsil Nazirliyinin müvafiq  komissiyasına (Aparatın rəhbəri İ.Pirməmmədov, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İ.Mustafayev, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri F.Qədirov, Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov, Ümumi şöbənin müdiri X.Fərəcov) tapşırıqlar verib.
Əmrə əsasən, komissiya məllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları"nın işlənib hazırlanmasını təmin etməli və qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Bundan başqa, komissiya saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və müvafiq təhsil müəssisələri rəhbərlərinə məktub göndərilməsi təmin etməlidir.

Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə məzunlara ətraflı məlumat verilməli və geniş izahat işi aparılması, həmçinin onlara diplomların vaxtında verilməsi təmin edilməlidir.

Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri isə müəllimlərin işə qəbulunun nəticələri barədə Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya qərarından və bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsini və müvafiq izahat işlərinin aparılmasını təmin etməlidirlər.

Müəllimlər arasında dərs bölgüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli, 215 nömrəli Qərarına uyğun aparılması təmin edilməlidir.

Tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edilməlidir.

Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri həll edilməlidir.

Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri 2011-2012-ci tədris ilində işə qəbul olunmuş müəllimlər haqqında və hazırda ciddi ehtiyac üzrə vakant yerlər haqqında məlumatları hazırlayıb qısa müddətdə nazirliyə təqdim etməlidirlər.

 Vaxtilə mövcud təlimati sənədlərinin tələblərinə zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların müvafiq sənədlərinin bir daha araşdırılması, bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvi təmin edilməlidir. Ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılmalı və nazirliyə yazılı məlumat təqdim olunmalıdır.

Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi iyul ayının 1-dək vakant yerlər barədə məlumatların təhlilini aparmalı, nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində elanların verilməsini, o cümlədən  həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərin elanda reqlamentlə müəyyənləşdirilmiş qaydada göstərilməsini təşkil etməlidir.

Eyni zamanda şöbə Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerlərini müəyyənləşdirib iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

İşə qəbulla əlaqədar yeni müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılacaq və "Test bankı" hazırlanacaq.

 Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı və Təlim Mərkəzi"nin yaradılmasına dair təkliflər hazırlaanacq.

Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsi də nəzərədə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir