Modern.az

1000-ə yaxın məhkumun əfvi üçün İlham Əliyevə müraciət olunub

1000-ə yaxın məhkumun əfvi üçün İlham Əliyevə müraciət olunub

23 Dekabr 2009, 11:57

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırafaq, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alıb, Ombudsman haqqında Konstitusiya Qanununun 1.4.-cü maddəsinə əsasən, 1000-ə yaxın məhkumun əfv olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə müraciətlər ünvanlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ombudsman təsisatının mətbuat xidməti məlumat yayıb.
Fəaliyyəti dövrü ərzində Ombudsmanın müraciətləri nəzərə alınaraq, bu günədək ümumilikdə 300-ə yaxın məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar əfv edilərək azadlığa buraxılıb.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu ilin mart ayında genişmiqyaslı Amnistiya aktı qəbul olunib və minlərlə məhkuma şamil edilib.
Qeyd olunmalıdır ki, Ombudsman cari ilin mart ayından sonra bu günədək 80-dən çox məhkumun, o cümlədən jurnalist Müşfiq Hüseynovun növbəti əfv fərmanı əsasında azad olunması ilə bağlı müraciət edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir