Modern.az

ADP sədri Sərdar Cəlaloğlu ilə fotosöhbət

ADP sədri Sərdar Cəlaloğlu ilə fotosöhbət

Fotosöhbət

7 Fevral 2012, 09:21

Sərdar Cəlal oğlu Məmmədov 1954-cü il iyunun 3-də Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri kəndində ziyalı ailəsində anadan olub.

1960-70-ci illərdə orta təsilini Ordubad və Bakı şəhərlərində alıb.

1970-1977-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. İxtisasca məhkəmə-tibb ekspertidir.

1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub.

26 yanvar 1991-ci ildə təsis edilən Azərbaycan Demokrat Partiyasının təşəbbüs qurupunun rəhbəri və təsisçilərindən biri, 1991-94-ci illərdə ADP təşkilat komitəsinin sədri, 1994-96-cı illərdə partiyanın ilk sədri seçilib. 1999-cu ildə həyatına qəsd olunub, nəticədə ağır kəllə-beyin travması alıb.

Cəlaloğlu 1996-2005-ci illərdə ADP-nın baş katibi, 2005-2007-ci illərdə sədrin I müavini olub. 2007-ci ildə ADP-nın 9-cu qurultayında yekdilliklə sədr seçilib.

2008-ci ildə ADP tərəfindən 2008-ci il prezident seçkilərinə namizədliyi irəli sürülüb. “Haray” və “Hürriyyət” qəzetinin və "Oyanış" dərgisinin təsisçisi olub.

Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin müəllifidir.

Siyasi fəaliyyətinə görə, 3 dəfə qısa müddətli həbs olunub. Sonuncu dəfə 2003-cü il prezident seçkilərindən sonra 4 il 6 ay müddətinə həbs edilib və Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb.
Bir neçə kitabın müəllifidir.

Evlidir. Üç oğlu bir qızı var.

Əsərləri:

“Mahiyyət” - fəlsəfi traktat əsər;
“Azadliğa məhkumuq” - siyasi-publistik məqalələr toplusu;
“İnsanlar və adamlar” – fəlsəfi kəlamlar;
“Türkəçarə” - tibbi-etnoqrafik əsər;
“İlahi siyasət-Tərəqqinin fəlsəfəsi” – elmi-fəlsəfi triologiya.

 

1963-cü il. Orta məktəb illərindən qalan şəkil... Diqqətlə baxsanız, məni tanıyarsınız.

 

1969-cu il. Yeniyetməlik çağı...

 

1971-ci il. Böyük qardaşımla...

 

1971-ci il. Tələbəyəm...

 

 

 

Tələbəlik illərindən xatirə qalan şəkillər...

 

1975-ci il. Tibb Universitetində təhsil alarkən.

 

Hərbi xidmətdə...

 

1978-ci il. Əsgərlik. Növbətçiyəm...

 

1980-ci il. Gənclik dövrü...

 

1981-ci ildə Kiyev ixtisasartırma kursundayıq...

Həmin il Kiyevdə çəkilən daha bir şəkil.

 

1983-cü il. Böyük oğlum.

 

1984-cü il.

 

1984-cü il.

 

1988-ci il. Xalq hərəkatının üzvlərilə...

1990-cı ilin yanvarı...

 

Bu şəkil də 1990-cı ildən yadigardı.

 

20 yanvar olayları həyatımızda silinməz izlər qoydu.

 

1990-cı ilin fevral ayıdır...

 

1992-ci il. ADP Təşkilat Komitəsinin sədriyəm.

 

Bu şəkil 17 il öncə, 1995-ci ildə çəkilib.

 

2002-ci il. Oğlumla birgə...

 

2003-cü ildəki prezident seçkilərindən sonra qanunsuz olaraq həbsxanaya salındıq.

 

Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə ilə...

 

Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında öz yeri var.

 

2005-ci ildə müxaliət liderləri Avropa Şurasının baş katibi Terri Devislə görüşür.

2005-ci il. "Azadlıq" Seçki Bloku Liberal Partiyası ilə saziş imzalayır.

Böyük oğlum Tural öz oğlu Atilla ilə birgə.

Ortancıl oğlum Cəlal Böyük Britaniyadadır.

Qızım Tulay kiçik qardaşının oğlu Raulla birgə.

“Təfəkkür” Universitetinin iqtisadiyyat fakültəsini bitirən kiçik oğlum Cavid.  

Azərbaycan Demokrat Partiyasının qurultayında...

İstirahət vaxtı...


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir