Modern.az

İşsizlərin nəzərinə - “Azərsu” işçi axtarır

İşsizlərin nəzərinə - “Azərsu” işçi axtarır

6 Fevral 2012, 15:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə sıx əməkdaşlıq edir. Ölkənin regionlarında və Bakı şəhərində bu layihələrin bir hissəsi Dünya Bankı, Asiya İnkişaf  Bankı, İslam İnkişaf  Bankı, Almaniyanın KFW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondundan  cəlb  olunmuş kredit və qrant hesabına reallaşdırılır.
“Azərsu” ASC beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilən layihələrin uğurla icrası üçün hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi sahəsində ixtisaslaşmış, ingilis dilini bilən ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarının işə qəbulunu elan edir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-49-77-dir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...