Modern.az

ADU-ya korrupsiyaya qarşı mübarizə sahəsində diplom verildi

ADU-ya korrupsiyaya qarşı mübarizə sahəsində diplom verildi

6 Fevral 2012, 15:11

Sosial Hüquqların Monitorinq Qrupunun (SHMQ) təqdimatı əsasında “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyi Azərbaycan Dillər Universitetini (ADU) Korrupsiyaya qarşı mübarizə sahəsində göstərdiyi təşəbbüs  və xidmətlərə görə diplomla təltif edib. Bununla əlaqədar fevralın 6-da ADU Elmi Şurasının iclasında SHMQ-nun koordinatoru Azad İskəndərli diplomu rektor, millət vəkili, professor Səməd Seyidova təqdim edib.
S.Seyidov öz çıxışında universitetlə bağlı Qeyri-Hökumət Təşkilatlarının (QHT) aktivlik nümayiş etdirdiklərini deyib. O, ADU-da imtahan sessiyası dövründə QHT-lərin monitorinq aparmaları üçün universitetdə şərait yaratdıqlarını xatırladıb.

Çıxış edən qrupun koordinatoru A. İskəndərli təmsil etdiyi qrup haqqında qısa məlumat verib. Bildirib ki, 2011-ci ildə yaradılan qrupda 58-ə yaxın ictimai təşkilat və media qrupu fəaliyyət göstərir. Təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin əksərində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində monitorinq apardıqlarını qeyd edən A. İskəndərli ali və orta ümumtəhsil məktəblərində sorğu keçirdiklərini, tələbə valideynləri ilə görüşdüklərini də nəzərə çatdırıb. Təxminən 100 respondent arasında keçirilən sorğunun müsbət nəticələri olduğunu deyib. O, qeyd edib ki, qrupun tərkibində fəaliyyət göstərən Şura ADU-nun digər ali məktəblərdən fərqli olaraq korrupsiya əleyhinə mübarizədə fəal olması qənaətinə gələrək onu diplomla təltif edib.  Sonra QHT nümayəndəsi  diplomu universitetin rektoru, millət vəkili, professor Səməd Seyidova təqdim edib. Öz növbəsində S. Seyidov minnətdarlığını ifadə edərək QHT tərəfindən universitetə belə dəyər verilməsindən məmnunluğunu dilə gətirib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi