Modern.az

Moskvada 12 azərbaycanlı miqrant saxlanılır

Moskvada 12 azərbaycanlı miqrant saxlanılır

23 Dekabr 2009, 12:04

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Rusiya Federasiyası İnsan Hüquqları üzrə Müvəkkili arasındakı razılaşmaya əsasən, Ombudsman Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun rəisi Fəzail Həsənov Rusiya Federasiyası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında təcrübə mübadiləsi keçmək, habelə Moskva şəhərində yerləşən Miqrantların müvəqqəti saxlanılma yerində azərbaycanlıların vəziyyətini araşdırmaq üçün həmin şəhərə ezam edilib.
Modern.az-ın Ombudsman aparatına istinadən məlumatına görə,  F.Həsənov Rusiya Federasiyası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İnsan Hüquqlarının Dövlət müdafiəsi idarəsinin rəisi Vladimir Tambovtsevlə görüşüb, insan hüquqlarının müdafiəsi yönümündə fikir mübadiləsi aparıb.
Bu idarənin nəzdində olan Hərbi qulluqçular və onların ailələrinin hüqüqlarının müdafiəsi şöbəsinin əməkdaşları, həmçinin həmin şöbənin işi ilə də yaxından tanış olaraq bir sıra ümumi problemlər müzakirə olun
ub.
Rusiya Federasiyası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Miqrasiya məsələləri və Millətlərarası münasibətlər şöbəsinin rəisi Sergey Yaqodin, digər əməkdaşları, həmçinin həmin şöbənin işi ilə yaxından tanış olaraq, Azərbaycan Ombudsmanının nümayəndəsi bir sıra məsələləri müzakirə edib. Müzakirələr zamanı 2009-cu ildə şöbəyə cəmi 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) Azərbaycan vətəndaşının müraciət etdiyi, bütün müraciətlərin Rusiya Federasiyası vətəndaşlığına qəbulla bağlı olduğu bildirilib. Eyni zamanda Moskva şəhəri üzrə miqrantların müvəqqəti saxlanılma yerində hazırda cəmi 12 nəfər (11-i kişi, 1-i qadın olmaqla) Azərbaycan vətəndaşının saxlanıldığı bildirilib.
Azərbaycan vətəndaşlarının işlərinin araşdırılmasının sürətləndirilməsi və imkan daxilində məsələ üzrə müvafiq köməklik göstərilməsi üçün Ombudsman Elmira Süleymanovanın xahişi əsasında Rusiya Federasiyası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının adından həmin müəssisənin rəhbərliyinə müraciət edilib.
Səfər zamanı Azərbaycan Ombudsmanının illik məruzələri, bəyanatları, təsisatda hazırlanmış hüquqi nəşrlər, Qarabağ həqiqətlərindən bəhs edən kitablar və disklər Rusiya Federasiyası İnsan Hüquqları üzrə Müvəkkili təsisatına hədiyyə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir