Modern.az

Onlardan hansı Azərbaycanı “Eurovision 2012”də təmsil edəcək?

Onlardan hansı Azərbaycanı “Eurovision 2012”də təmsil edəcək?

6 Fevral 2012, 16:51


“Eurovision-2012” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyən olunmasına çox az vaxt qalıb. Bakıda keçiriləcək “Eurovision-2012”də Azərbaycanı təmsil edəcək şəxsin adı bu həftənin sonunda açıqlanacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm Milli Final gecəsində 5 finalçı arasından qalib müəyyən olunacaq.

Bu günü səbirsizliklə və həyəcanla gözləyən finalçılarımız həftə ərzində tamaşaçılarla görüşə gələcək.

Bu gündən başlayaraq hər bir finalçı İctimai Televiziyanın canlı efirinə qonaq olacaq. Hər bir ifaçı izləyicilərə özünü daha da yaxından tanıtmaq üçün 30 dəqiqəlik proqramda performansını nümayiş etdirəcək. Bu gün 22.00-da ilk olaraq İctimai Televiziyanın efirində Arzu İsmayılova qonaq olacaq.

Qeyd edək ki, finalda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi