Modern.az

İlham Əliyev fransalı senatorları qəbul edib

İlham Əliyev fransalı senatorları qəbul edib

Təhsil

6 Fevral 2012, 17:14

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə senatorlar xanım Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.

Dövlət başçısı Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə xanım Natali Quleyə və digər senatorlara təşəkkürünü bildirib. Prezident İlham Əliyev Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirib. 

Xanım Natali Qule özünün və ölkəmizə səfər edən senatorların Azərbaycan ilə əlaqələrin genişləndirilməsində səylərini əsirgəməyəcəyini vurğulayın və Bakıda keçirdikləri görüşlər zamanı bu istiqamətdə Azərbaycan ictimaiyyətinə ətraflı məlumatlar verəcəklərini deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür