Modern.az

Elmar Məmmədyarov İndoneziyanın ilk səfirini qəbul edib

Elmar Məmmədyarov İndoneziyanın ilk səfirini qəbul edib

Təhsil

6 Fevral 2012, 17:51

Xarici işlər naziri  (XİN)  Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunan ilk səfiri Prayono Atiyantonu qəbul edib. Bu bardə Modern.az-a  XİN-nin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, görüş zamanı İndoneziya səfiri etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Məlumatda oda bildirilib ki, görüş zamanı iki ölkə arasında BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır